27 iyul 2026. Bazar ertəsi

Millimizin hücumçusunun burnu sındığı üçün maska ilə oynayıb


Millimizin hücumçusunun burnu sındığı üçün maska ilə oynayıb
Azərbaycan millisinin və Almaniyanın “Şalke” klubunun gənclərdən ibarət komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb. Corner.az xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2 oyundur meydana qoruyucu maska ilə çıxır.
 
Qərb Regional Liqasında "Köln"ün müvafiq yaş qrupundan ibarət komandası ilə 19-cu matçında (5:0) fərqlənən təcrübəli oyunçu maska ilə oynamağın çətin olduğunu bildirib:
 
“Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".
 
Xatırladaq ki, Rüfət Dadaşov cari mövsümdə "Şalke"nin heyətində 7 qol vurub.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"