4 noyabr 2026. Çərşənbə

Nazarov Ersgebirge'ni məğlubiyyətdən xilas etdi


Nazarov Ersgebirge'ni məğlubiyyətdən xilas etdi
Almaniyanın “Ersgebirge” komandası yoxlama oyununda qüvvəsini sınayıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi 3-cü Bundesliqa təmsilçisi Almaniyanın digər klubu “Nürnberq”lə üz-üzə gəlib.
 
Aue təmsilçisi bu oyundan 3:3 hesablı heç-heçə ilə ayrılıb. Nazarov da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Matçda son nöqtəni də məhz Dmitri qoyub. 32 yaşlı yarımmüdafiəçi 85-ci dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.






Almaniya B.L.