7 may 2026. Cümə axşamı

Bundesliqanın ən yaxşı futbolçusu seçildi - 3-cü dəfə


Bundesliqanın ən yaxşı futbolçusu seçildi - 3-cü dəfə

Borussia Dortmund'un futbolçusu Marko Roys Almaniya Bundesliqasında 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Corner.az Dortmund klubunun saytına istinadən xəbər verir ki, o, Bundesliqanın futbolçuları arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, 1-ci (31.4 faiz səs) olub.

Bununla da, 30 yaşlı futbolçu karyerası ərzində 3-cü dəfə Almaniya çempionatının ən yaxşısı seçilib.

Qeyd edək ki, Roys ötən mövsüm Bundesliqada 27 matçda 17 qol vurub, 10 qolun ötürməsini verib.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”