26 iyul 2026. Bazar günü

Nazarovdan növbəti qol, Ersgebirge'dən darmadağın


Nazarovdan növbəti qol, Ersgebirge'dən darmadağın
Futbol üzrə Almaniya 3-cü liqasında 19-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Bayroyt”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan qəbələ ilə ayrılıb - 4:0.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da Nazarov vurub. O, 45+1-ci dəqiqədə sarı vərəqə alıb, 76-cı dəqiqədə isə matçda son nöqtəni qoyub.
 
“Ersgebirge” hazırda 20 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"