22 iyun 2026. Bazar ertəsi

Borussiya'dan çətin qələbə


Borussiya'dan çətin qələbə

Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı "Borussiya Dortmund" - “Auqsburq” matçında meydan sahibləri çətin qələbə qazanıb.. Mönhenqladbax “Borussiya”sı isə “Bayer”lə ev oyununda məğlubiyyətlə üzləşib.

Hazırda 35 xala malik “Bavariya” vahid liderdir. “Ayntraxt”, “Union Berlin” və “Frayburq”un hesabında 30 xal var. “Leypsiq” 29, Dortmund “Borussiya”sı 28 xal toplaya bilib.

Almaniya Bundesliqası
16-cı tur
20 yanvar

Leypsiq – Bavariya 1:1
Qol: Halştenberq, 52 – Şupo-Motinq, 37.

21 yanvar

Bohum – Herta 3:1
Qol: Hofmann, 22; 56. Şlotterbek, 44 – S.Serdar, 87.

Ayntraxt – Şalke 3:0
Qol: Lindstrom, 22. Borre, 84. Buta, 90+1.

Ştutqart – Maynts 1:1
Qol: Jirassi, 36 – İnqvartsen, 40-pen.

Union Berlin – Hoffenhaym 3:1
Qol: Duxi, 73; 89. Levelinq, 90+6 – Bebu, 43.

Volfsburq – Frayburq 6:0
Qol: Vimmer, 2. Vind, 28; 37. Gerhardt, 56. Baku, 80. Valdşmidt, 90+4-pen.

Köln – Verder 7:1
Qol: Maina, 9. Tigges, 16; 21. Sxiri, 30; 54. Huseynbaşiç, 36. Friedl, 77-öz qapısına – Fullkruq, 38.

22 yanvar

Borussiya (Dortmund) – Auqsburq 4:3
Qol: Bellingem, 29. Şlotterbek, 42. Bayno-Gittens, 75. Reyna, 78 – Mayer, 40. Demiroviç, 45+1. Kolina, 77.

Borussiya (Mönhenqladbax) – Bayer 2:3
Qol: Ştindl, 82; 90+3 – Bakker, 21. Adli, 43. Amiri, 67.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər