"Arsenal”ın ukraynalı legioneri Aleksandr Zinçenko hazırda İngiltərə Premyer Liqası tarixində ən çox oyun qazanan futbolçudur. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçunun meydana çıxdığı görüşlərin 82 faizində komandası qələbə qazanıb.
“Transfermarkt” portalının araşdırmasına ən azı 50 liqa matçı keçirmiş futbolçular daxil edilib. Maraqlı fakt ondan ibarətdir ki, Premyer Liqada ən çox qazanan 10 oyunçudan 9-u “Mançester Siti” formasını geyinib və Zinçenko da onlardan biridir.
Premyer Liqa tarixində ən çox qazanan 10 oyunçu aşağıdakı kimidir:
Aleksandr Zinçenko, “Mançester Siti”/“Arsenal” (88 oyun, qələbələrin 82 faizi);
Aryen Robben, “Çelsi” (67, 82%);
Aymerik Laport, “Mançester Siti” (113, 81%);
Qabriel Jesus, “Mançester Siti”/“Arsenal” (173, 77%);
Filip Foden, “Mançester Siti” (115, 77%);
Ederson, “Mançester Siti” (202, 76%);
Bernardo Silva, “Mançester Siti” (185, 76%);
İlkay Gündoğan, “Mançester Siti” (174, 76%);
Leroy Sane, “Mançester Siti” (90, 76%);
Ruben Diaş, “Mançester Siti” (74,76%).