26 iyul 2026. Bazar günü

Borussiya'dan əzmkar qələbə


Borussiya'dan əzmkar qələbə

Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

“Frayburq” - “Ayntraxt” matçında qalib müəyyənləşməyib. “Verder” doğma meydanda “Union Berlin”ə, “Maynts” isə Dortmund “Borussiya”sına uduzub. “Auqsburq” “Borussiya” (Mönhenqladbax), “Bayer” də “Bohum”la ev oyununda qələbəyə sevinib.

Hazırda 36 xala malik “Bayern” vahid liderdir. “Union Berlin” 33 xalla ikinci, “Leypsiq” isə 32 xalla üçüncüdür. “Ayntraxt”, Dortmund “Borussiya”sı və “Frayburq” 31 xal toplaya bilib.

Almaniya Bundesliqası
17-ci tur
24 yanvar

Şalke – Leypsiq 1:6
Qol: Kozuki, 56 – A.Silva, 7; 44. Henriks, 15. Verner, 45+2. Olmo, 83. Poulsen, 89.

Bayern – Köln 1:1
Qol: Kimmix, 90 – Sxiri, 4.

Herta – Volfsburq 0:5
Qol: Svanberq, 4. Arnold, 31. Vind, 34. Baku, 72. Marmuş, 86.

Hoffenhaym – Ştutqart 2:2
Qol: Kramariç, 11. 90+4 – Jirassi, 45+5. Endo, 77.

25 yanvar

Maynts – Borussiya (Dortmund) 1:2
Qol: Li, 2 – Ryerson, 4. Reyna, 90+3.

Auqsburq – Borussiya (Mönhenqladbax) 1:0
Qol: Berişa, 82.

Bayer – Bohum 2:0
Qol: Tapsoba, 8. Hlojek, 53. 

Frayburq – Ayntraxt 1:1
Qol: Ginter, 47 – Muani, 42.

Verder – Union Berlin 1:2
Qol: Piper, 13 – Haberer, 18. Behrens, 46.







Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"