22 iyun 2026. Bazar ertəsi

Nazarov qol vurdu, Ersgebirge səfərdə uduzdu


Nazarov qol vurdu, Ersgebirge səfərdə uduzdu
Futbol üzrə Almaniya 3-cü liqasında 21-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Osnabryuk”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Nazarov vurub.
 
“Ersgebirge” hazırda 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər