26 iyul 2026. Bazar günü

Bundesliqanın yayım hüquqları satılır


Bundesliqanın yayım hüquqları satılır
Almaniya Futbol Liqasının (DFL) rəhbərliyi oyunların yayım hüquqlarının bir hissəsini xarici investorlara satmağı planlaşdırır. Corner.az xəbər verir ki, I və II Bundesliqadan cavabdeh olan qurum bundan 4,5 milyard avro qazanc əldə etmək niyyətindədi.
 
Söhbət DFL-in gələcəkdə 18 milyard avro dəyərində qiymətləndirdiyi ümumi dəyərin 25 faizlik payının satışından gedir. Almaniya Futbol Liqası fevralın 9-da keçiriləcək iclasda media hüquqları müqaviləsini müzakirə edəcək.
 
Liqa rəhbərliyi bu yolla İngiltərə Premyer Liqası və İspaniya La Liqasından maliyyə geriliyinin azalacağını düşünür.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"