7 may 2026. Cümə axşamı

Lider 3 cavabsız qolla qazandı


Lider 3 cavabsız qolla qazandı

Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

Lider “Bavariya” doğma meydanda “Bohum”la qarşılaşıb və darmadağınla qalib gəlib. Səfərdə “Verder”in qonağı olan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub.

“Bayer”lə “Union Berlin” isə müvafiq olaraq səfərdə “Hoffenhaym” və “Leypsiq”lə qarşılaşıb və  qalib gəlib. “Frayburq” “Ştutqart”ı, “Maynts” da “Auqsburq”u məğlub yola salıb.

Almaniya Bundesliqası
20-ci tur
10 fevral

Şalke – Volfsburq 0:0

11 fevral

Bavariya – Bohum 3:0
Qol: Müller, 41. Koman, 64. Qnabri, 74-pen.

Frayburq – Ştutqart 2:1
Qol: Qrifo, 60-pen; 84-pen – Fuhrix, 30.

Hoffenhaym – Bayer 1:3
Qol: Nsoki, 77 – Andrix, 6. Diabi, 47. Hlojek, 56.

Maynts – Auqsburq 3:1
Qol: Li Sunq, 21; 52. Onisivo, 24 – Demiroviç, 28.

Verder – Borussiya (Dortmund) 0:2
Qol: Gittens, 67. Brandt, 85.

Leypsiq – Union Berlin 1:2
Qol: Henriks, 24 – Haberer, 61. Knoxe, 72.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”