10 may 2026. Bazar günü

Dadaşovlu Şalke səfərdən xalsız döndü


Dadaşovlu Şalke səfərdən xalsız döndü
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Kaan-Marienborn”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə