5 dekabr 2025. Cümə

Bavariya səfərdə uduzdu


Bavariya səfərdə uduzdu

Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

“Bohum” doğma meydanda “Frayburq”a, “Volfsburq” isə “Leypsiq”ə məğlub olub.

“Ştutqart” evdə “Köln”ü qəbul edib 3 xalı 3 cavabsız qolla qazanıbsa, “Ayntraxt” da “Verder” üzərində inamlı qələbəyə sevinib. Səfərdə Mönhenqladbax “Borussiya”sının qonağı olan lider “Bavariya” isə turu məğlubiyyətlə başa vurub.

Almaniya Bundesliqası
21-ci tur
17 fevral

Auqsburq – Hoffenhaym 1:0
Qol: Yensen, 88.

18 fevral

Borussiya (Mönhenqladbax) – Bavariya 3:2
Qol: Ştindl, 13. Hofmann, 55. Turam, 84 – Şupo-Motinq, 35. Tel, 90+3.

Bohum – Frayburq 0:2
Qol: Qreqoriç, 39. Holer, 51.

Ştutqart – Köln 3:0
Qol: Dias, 9. Sosa,  59. Kulibali, 74.

Volfsburq – Leypsiq 0:3
Qol: Forsberq, 14. Laymer, 85. Soboslai, 90+2.

Ayntraxt – Verder 2:0
Qol: Fridl, 8-öz qapısına. Muani, 52.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə