22 iyun 2026. Bazar ertəsi

Dadaşovlu Şalke səfərdən 1 xalla döndü


Dadaşovlu Şalke səfərdən 1 xalla döndü
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 20-ci turdan təxirə salınmış oyun keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Lippştadt”ın qonağı olub Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər