22 iyun 2026. Bazar ertəsi

Son vaxtlar hər şey məni dəli edir


Son vaxtlar hər şey məni dəli edir

"Erzgebirge"nin futbolçusu Dmitri Nazarov Almaniya III Bundesliqasının 25-ci turunda Drezden “Dinamo”su ilə səfər oyunundan sonra hakimlər briqadasını sərt şəkildə tənqid edib. Corner.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 0:1 hesablı məğlubiyyətin günahını referilərdə görüb.

O, hakimlərin təkəbbürlü olduğunu bildirib: “Son vaxtlar hər şey məni dəli edir. Sənə nəsə deməyə icazə vermirlər, əsəblərimi sıxıram. İndi hakimlərlə danışa bilmirsən, çünki onlar çoxu təkəbbürlüdü. O qədər mübahisəli vəziyyətlər oldu. Hər epizoda penalti vermək məcburiyyətində deyil, amma son vəziyyət fərqli idi. Yenə də rəqabətə davamlı komandayıq, yolumuza davam edəcəyik”.

Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada ən yaxşı hakim kimi Deniz Aytekinin olduğunu vurğulayıb: “Ən yaxşı hakim olan Deniz Aytekin futbolçularla danışır, rəy verir. Buna görə də heç kim onu narahat etmir. Amma digərləri deyir ki, mənimlə danışma. Çox iyrənc vəziyyətdir. Federasiyanın bu qədər pulu var, bəlkə hakimlər üçün əlavə kurs keçə bilər”.

Qeyd edək ki, “Aue” hazırda 30 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər