Dortmund “Borussiya”sının futbolçusu Yussufa Mukokonun yaşı ilə bağlı fırıldaqçılıq üzə çıxıb. Corner.az xəbər verir ki, Almaniya millisinin Kamerun əsilli hücumçusunun “lipa” olduğu müəyyənləşib.
Mukokonun “lipa” olmasını “Bild” nəşri ortaya çıxarıb. Sənədlərdə Mukokonun heç də 18 yaşında olmadığı müəyyənləşib. Futbolçu əslində 2000-ci il təvəllüdlüdür və 23 yaşına keçib.
Mukoko 2016-cı ildə Dortmund klubuna keçib və 2020-ci ildən əsas komandada çıxış edir. O, bu mövsüm 26 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.