7 may 2026. Cümə axşamı

Roys Borussiya'nın tarixinə düşdü


Roys Borussiya'nın tarixinə düşdü
Almaniya Bundesliqasının 25-ci turunun “Köln”lə ev oyunu “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 33 yaşlı vinger sözügedən klubun tarixində ən məhsuldar futbolçuya çevrilib.
 
O, buna 6:1 hesablı qələbə qazandıqları matçda dubl edərək nail olub. Bununla da təcrübəli vinger “Borussiya”nın heyətində vurduğu ümumi qolların sayını 161-ə çatdırıb. Dortmundluların əvvəlki rekordçusu 159 qol vurmuş Mixael Zork idi.
 
Roys 2012-ci ildən formasını geyindiyi “Borussiya”da 377 oyun keçirib. O, bu görüşlərdə 120 məhsuldar ötürmə ilə də yadda qalıb.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”