5 dekabr 2025. Cümə

Dadaşov'lu Şalke səfərdə uduzdu


Dadaşov'lu Şalke səfərdə uduzdu
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Proyssen Münster”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzülüb - 0:3.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
 
“Şalke”nin ikinci komandası hazırda 36 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə