24 iyul 2026. Cümə

Nazarovlu Ersgebirge səfərdə xalsız qaldı


Nazarovlu Ersgebirge səfərdə xalsız qaldı
Futbol üzrə Almaniya 3-cü liqasında 29-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Meppen”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə üzləşib - 2:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
“Ersgebirge” hazırda 36 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"