5 dekabr 2025. Cümə

Dadaşov Şalke'yə qələbə qazandırdı


Dadaşov Şalke'yə qələbə qazandırdı
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Vuppertaler”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbəyə sevinib - 1:0.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 38-ci dəqiqədə məhz azərbaycanlı futbolçu vurub.
 
“Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə