24 iyul 2026. Cümə

Bavariya Borussiya'ya qalib gəldi


Bavariya Borussiya'ya qalib gəldi

Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

“Volfsburq” - “Auqsburq” və “Frayburq” - “Herta” matçlarında qalib müəyyənləşməyib. “Leypsiq” evdə “Maynts”a, “Şalke” isə “Bayer”ə 3 cavabsız qolla məğlub olub. “Union Berlin” “Ştutqart”la ev oyununda oxşar hesabla qalib gəlib.

Turun mərkəzi matçında isə “Bavariya” evdə Dortmund “Borussiya”sı ilə münasibətlərinə aydınlıq gətirib. Dortmundluların sabiq baş məşqçisi Tomas Tuxelin Münhen təmsilçisindəki debüt matçı komandası üçün uğurlu alınıb. Meydan sahibləri bu matçda inamlı qələbə qazanıb.

Almaniya Bundesliqası
26-cı tur
31 mart

Ayntraxt – Bohum 1:1
Qol: Kolo Muani, 22-pen – Asano, 14.

1 aprel

Frayburq – Herta 1:1
Qol: Qrifo, 52 – Nqankam, 77.

Leypsiq – Maynts 0:3
Qol: İnqvartsen, 9.

Şalke – Bayer 0:3
Qol: Frimponq, 50. Virts, 61. S.Azmun, 90+2.

Union Berlin – Ştutqart 3:0
Qol: Bekker, 51. Behrens, 65. Haraquçi, 68-öz qapısına.

Volfsburq – Auqsburq 2:2
Qol: Valdşmit, 84. Nmeça, 90+6 – Arnold, 2-öz qapısına. Berişa, 32.

Bavariya – Borussiya (Dortmund) 4:2
Qol: Kobel, 13-öz qapısına. Müller, 18; 23. Koman, 50 – E.Can, 72-pen. Malen, 90.







Almaniya B.L.

"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"