23 oktyabr 2024. Çərşənbə

Nazarov komandasına qələbə qazandırdı


Nazarov komandasına qələbə qazandırdı
Futbol üzrə Almaniya 3-cü liqasında 30-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Oldenburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə qazanıb - 1:0.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 80-ci dəqiqədə penaltidən dəqiq istifadə edən Dmitri vurub. Təcrübəli futbolçu 32-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Ersgebirge” hazırda 39 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu