10 aprel 2026. Cümə

Verder doğma meydanda uduzdu


Verder doğma meydanda uduzdu

Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Köln” - “Borussiya” (Mönhenqladbax) matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Verder” - “Hoffenhaym” matçında isə qonaqlar qələbəyə sevinən tərəf olub.

Hazırda 55 xala malik “Bayern” vahid liderdir. 53 xalı olan Dortmund “Borussiya”sı ikinci, 51 xala malik “Union Berlin” isə üçüncü pillədə qərarlaşıb. “Frayburq” 47, “Leypsiq” 45, “Ayntraxt” 41, “Bayer”lə “Maynts” 40 xal toplayıblar.

Almaniya Bundesliqası
26-cı tur
31 mart

Ayntraxt – Bohum 1:1
Qol: Kolo Muani, 22-pen – Asano, 14.

1 aprel

Frayburq – Herta 1:1
Qol: Qrifo, 52 – Nqankam, 77.

Leypsiq – Maynts 0:3
Qol: İnqvartsen, 9.

Şalke – Bayer 0:3
Qol: Frimponq, 50. Virts, 61. S.Azmun, 90+2.

Union Berlin – Ştutqart 3:0
Qol: Bekker, 51. Behrens, 65. Haraquçi, 68-öz qapısına.

Volfsburq – Auqsburq 2:2
Qol: Valdşmit, 84. Nmeça, 90+6 – Arnold, 2-öz qapısına. Berişa, 32.

Bayern – Borussiya (Dortmund) 4:2
Qol: Kobel, 13-öz qapısına. Müller, 18; 23. Koman, 50 – E.Can, 72-pen. Malen, 90.

2 aprel

Köln – Borussiya (Mönhenqladbax) 0:0

Verder – Hoffenhaym 1:2
Qol: Piper, 76 – Kramariç, 50. Baumqartner, 52.







Almaniya B.L.

Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
  • Almaniya B.L.
  • 22:49 07.04.2026
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
Harri Keyn məşqlərə qayıtdı
  • Almaniya B.L.
  • 23:12 06.04.2026
Harri Keyn məşqlərə qayıtdı
 “Ayntraxt” evdə xal itirdi
  • Almaniya B.L.
  • 22:32 05.04.2026
“Ayntraxt” evdə xal itirdi
“Union” evdə xal itirdi
  • Almaniya B.L.
  • 20:54 05.04.2026
“Union” evdə xal itirdi
"Leyptsiq"dən çətin qələbə
  • Almaniya B.L.
  • 23:25 04.04.2026
"Leyptsiq"dən çətin qələbə