5 dekabr 2025. Cümə

Tomas Müllerdən yeni rekord


Tomas Müllerdən yeni rekord
Tomas Müller “Bavariya”da yeni rekorda imza atıb. Corner.az  xəbər verir ki,  33 yaşlı futbolçu buna “Frayburq”la Almaniya Kubokunun 1/4 final oyununda start heyətində meydana çıxması ilə nail olub.
 
Alman oyunçu Münhen klubunun heyətində 64-cü kubok görüşündə iştirak edib. O, Sepp Mayerin 63 oyunluq rekordunu yeniləyib. Almaniya Kubokunda Gerd Müller 62, Frans Bekkenbauer 61, Oliver Kan və Hans-Corc Şvartsenbek isə 59 qarşılaşmada meydana çıxıb.
 
Qeyd edək ki, Tomas Müllerin karyerası tamamilə “Bavariya” ilə bağlıdı. O, 2008-ci ildən əsas komandanın formasını geyinir.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə