5 dekabr 2025. Cümə

Azərbaycanlı hücumçu zədə aldı, erkən əvəzləndi


Azərbaycanlı hücumçu zədə aldı, erkən əvəzləndi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 26-cı turdan təxirə salınmış oyunlar keçirilib. Corner.az saytı xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Düsseldorf “Fortuna”sının ikinci komandasını qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzülüb - 0:2.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 11-ci dəqiqədə əvəzlənib. Buna azərbaycanlı futbolçunun zədələnməsi səbəb olub.
 
“Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə