Almaniyanın Qərb Regional Liqasında 30-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Vattenşayd”ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda darmadağınla qalib gəlib - 3:0.
Dadaşov bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən azərbaycanlı hücumçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.