7 may 2026. Cümə axşamı

Azarkeşlər yığmamızın futbolçusunu fitə basdı


Azarkeşlər yığmamızın futbolçusunu fitə basdı
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu “Erzgebirge”də qalmaqalla gündəmə gəlib. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu Bundesliqa III-ün 32-ci turunda “Veri” ilə oyunda azarkeşlərlə mübahisə edib.
 
Komandanın son turlardakı uğursuz çıxışı yerli fanatların qəzəbinə səbəb olub. Nazarov “Veri” ilə görüşün 79-cu dəqiqəsində komandası hesabda 1:3 geridə olarkən əvəzlənib. O, həmin an yaxın tribunadakı fanatlar tərəfindən fitə basılıb. Buna əsəbləşən Nazarov onlarla mübahisəyə başlayıb.
 
Qeyd edək ki, oyun “Aue”nin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda hazırda 39 xalla 11-ci yerdə qərarlaşıb.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”