7 may 2026. Cümə axşamı

Bavariya'da ciddi itki


Bavariya'da ciddi itki
"Bavariya”nın müdafiəçisi Alfonso Devis Almaniya Bundesliqasının XXIX turunda “Maynts”la oyunda (1:3) sıradan çıxıb. Corner.az saytı xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənən 22 yaşlı oyunçunun durumuna aydınlıq gəlib.

Əzələsində problem aşkarlanan Devisin təxminən 6 həftə sonra kollektivə qoşulması mümkündü. Bu da o deməkdi ki, Kanada millisinin üzvü üçün mövsüm başa çatıb.

Qeyd edək ki, 2019-cu ildən “Bavariya”nın formasını geyinən Alfonso Devis cari mövsüm bütün turnirlərdə keçirdiyi 37 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə verib.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”