5 dekabr 2025. Cümə

Nazarov Ersgebirge'ni məğlubiyyətdən xilas etdi


Nazarov Ersgebirge'ni məğlubiyyətdən xilas etdi
Futbol üzrə Almaniya 3-cü liqasında 34-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Köln “Viktoriya”sını qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qoluna da 82-ci dəqiqədə penaltidən dəqiq istifadə edən Dmitri imza atıb.
 
“Ersgebirge” hazırda 43 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə