5 dekabr 2025. Cümə

Dadaşovun dublu Şalke'yə bəs etmədi


Dadaşovun dublu Şalke'yə bəs etmədi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Boxolt”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 2:4.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. O, 22-ci və 52-ci (penaltidən) dəqiqələrdə fərqlənib.
 
“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə