21 mart 2026. Şənbə

Bavariya yenidən liderliyə yüksəldi


Bavariya yenidən liderliyə yüksəldi

Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Bavariya” “Herta” ilə ev oyununda inamlı qələbəyə sevinib. Nəticədə Münhen təmsilçisi Dortmund “Borussiya”sının xal itkisindən maksimum yararlanaraq yenidən zirvəyə yüksəlib.

“Volfsburq” isə evdə “Maynts”la qarşılaşıb və darmadağınla qalib gəlib.

Hazırda 62 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 61 xalla ikinci, “Union Berlin” 56 xalla üçüncü pillədə qərarlaşıb. “Frayburq” 56, “Leypsiq” 54, “Bayer” 48 xal toplayıb.

Almaniya Bundesliqası
30-cu tur
28 aprel

Bohum – Borussiya (Dortmund) 1:1
Qol: Losilla, 5 – Adeyemi, 7.

29 aprel

Ayntraxt – Auqsburq 1:1
Qol: Rexbeçay, 25-öz qapısına – Demiroviç, 58.

Köln – Frayburq 0:1
Qol: Doan, 54.

Leypsiq – Hoffenhaym 1:0
Qol: Nkunku, 28.

Ştutqart – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Jirassi, 22. Kulibali, 83-pen – Vayql, 78.

Union Berlin – Bayer 0:0

Şalke – Verder 2:1
Qol: Van den Berq, 81. Draksler, 90+2 – Dukş, 18.

30 aprel

Bavariya – Herta 2:0
Qol: Qnabri, 69. Koman, 79.

Volfsburq – Maynts 3:0
Qol: Vind, 5; 28. Bornau, 14.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə