23 oktyabr 2024. Çərşənbə

Nazarov aktyorluq etdi


Nazarov aktyorluq etdi
Almaniyalı sabiq FIFA referisi Babak Rafati Bundesliqa III-ün 34-cü turunda keçirilən “Ertsgebirge” – “Viktoriya Köln” oyunundakı mübahisəli epizodları dəyərləndirib. Corner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis görüşün 82-ci dəqiqəsində Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun penalti qazandığı epizodla bağlı da fikirlərini bölüşüb.
 
O, həmin anda Niklas Mey Aue təmsilçisinin liderinə qarşı kobud oynasa da, Nazarovun özünü yerə atmasının yersiz olduğunu bildirib:
 
“Həmin epizodda Mey topu almaq istəyir, amma bədbəxtlikdən Nazarovun ayağına toxunaraq, onun yıxılmasına səbəb olur. Nazarov aktyorluq edərək daha pis yıxılsa da, ona qarşı kobudluq olub. Yəni penalti düzgün qərardı. Əlbəttə ki, hücumçular cərimə meydanı daxilində bu cür toxunuşları yaxşı dəyərləndirirlər. Nazarovun yıxılma tərzi də penaltiyə töhfə verdi”.
 
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Ertsgebirge”nin heyətində yeganə qola 82-ci dəqiqədə penaltidən Dmitri Nazarov imza atıb.






Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu