8 may 2026. Cümə

Nazarovsuz Ersgebirge'dən darmadağın


Nazarovsuz Ersgebirge'dən darmadağın
Futbol üzrə Almaniya 3-cü liqasında 35-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Duysburq”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Ersgebirge” hazırda 43 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”