5 dekabr 2025. Cümə

Dadaşovlu Şalke'yə bir qol bəs etdi


Dadaşovlu Şalke'yə bir qol bəs etdi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 33-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Alemanniya”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə qazanıb - 1:0.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.
 
“Şalke”nin ikinci komandası hazırda 48 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə