22 iyun 2026. Bazar ertəsi

Bundesliqada mövsümün rəmzi komandası açıqlandı


Bundesliqada mövsümün rəmzi komandası açıqlandı
Almaniya Bundesliqasında cari mövsümün rəmzi komandası açıqlanıb. Corner.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, səsvermədə azarkeşlər, klub nümayəndələri və futbol mütəxəssisləri iştirak ediblər.
 
Mövsümün ən yaxşı "11-liy"ində Dortmund "Borussiya"sından 4, "Bavariya"dan isə 3 futbolçu yer alıb.
 
Qapıçı: Qreqor Kobel ("Borussiya" Dortmund);
 
Müdafiəçilər: Jeremi Frimponq ("Bayer"), Matteys de Lixt, Alfonso Deyvis (hər ikisi "Bavariya"), Niko Şlotterbek ("Borussiya" Dortmund);
 
Yarımmüdafiəçilər: Yulian Brandt, Cud Bellingem (hər ikisi "Borussiya" Dortmund), Camal Musiala ("Bavariya");
 
Hücumçular: Mussa Diabi ("Bayer"), Randal Kolo Muani ("Ayntraxt").
 
Qeyd edək ki, Bundesliqada mövsümün başa çatmasına 3 tur qalıb. Turnir cədvəlinə 65 xalla "Bavariya" başçılıq edir. Liderdən 1 xal az toplayan Dortmund "Borussiya"sı isə ikincidir.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər