22 iyun 2026. Bazar ertəsi

Bundesliqada ayın oyunçusu məlum oldu


Bundesliqada ayın oyunçusu məlum oldu

“Borussiya”nın (Dortmund) hücumçusu Donyell Malen Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.

 

Corner.az xəbər verir ki, o, səsvermədə Jeremi Frimponqu, Mussa Diabini (hər ikisi “Bayer”), Joşa Vaqnomanı (“Ştutqart”) və Timo Verneri (“Leyptsiq”) qabaqlayıb.

 

Niderlandlı forvard ötən ay Bundesliqada keçirdiyi 5 matçda 5 qol vurub.

 

Xatırladaq ki, ardıcıl dördüncü dəfə Dortmund təmsilçisinin oyunçusu Almaniya çempionatında ayın oyunçusu seçilib: yanvar və fevralda Yulian Brandt, martda isə Rafael Gerrero.


Qeyd edək ki, "şəhərlilər" iyunun 10-da Çempionlar Liqasının finalında İtaliya "İnter"i ilə üz-üzə gələcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər