22 iyun 2026. Bazar ertəsi

Borussiya darmadağınla zirvədə!


Borussiya darmadağınla zirvədə!

Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Maynts” “Ştutqart”la ev oyununda böyük hesabla uduzub. Dörd qolluq “Bayer” - “Borussiya” (Mönhenqladbax) matçında qalib müəyyənləşməyib.

Dortmund “Borussiya”sı isə səfərdə “Auqsburq”un qonağı olub və darmadağınla qalib gələrək sona bir tur qalmış zirvəni ələ keçirib.

Hazırda Dortmund təmsilçisi 70 xalla vahid liderdir. Bir gün öncə məğlub olaraq çempionluq şansını demək olar ki, itirən “Bavariya” isə 68 xalla ikinci pillədə qərarlaşıb. 63 xalı olan “Leypsiq” üçüncüdür. “Union Berlin” və “Frayburq”un 59, “Bayer”in 50 xalı var.

Almaniya Bundesliqası
33-cü tur
19 may

Frayburq – Volfsburq 2:0
Qol: Günter, 71. Petersen, 75.

20 may

Herta – Bohum 1:1
Qol: Tuzar, 63 – Şlotterbek, 90+4.

Hoffenhaym – Union Berlin 4:2
Qol: Bebu, 22. Kramariç, 36-pen; 90. Dabbur, 90+9 – Doexi, 45+4. Layduni, 90+5.

Şalke – Ayntraxt 2:2
Qol: Terodde, 1. Polter, 85 – Kamada, 21. Tuta, 59.

Verder – Köln 1:1
Qol: Şmid, 73 – Tigges, 36.

Bavariya – Leypsiq 1:3
Qol: Qnabri, 25 – Laymer, 65. Nkunku, 76. Soboslai, 86-pen.

21 may

Maynts – Ştutqart 1:4
Qol: İnqvartsen, 23 – Endo, 41. Jirassi, 63. Fuhrix, 78. Kulibali, 90+1.

Auqsburq – Borussiya (Dortmund) 0:3
Qol: Haller, 58; 84. Brandt, 90+3.

Bayer – Borussiya (Mönhenqladbax) 2:2
Qol: Adli, 15. Demirbay, 20 – Hofmann, 58. Ştindl, 90







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər