8 dekabr 2023. Cümə

Bundesliqaya ikinci vəsiqənin sahibi bəlli oldu


Bundesliqaya ikinci vəsiqənin sahibi bəlli oldu
Almaniya Bundesliqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib.

Corner.az xəbər verir ki, ikinci Bundesliqada mövsümü çempion kimi başa vuran “Haydenhaym” əsas Bundesliqaya vəsiqə qazanıb.
 
Sözügedən komanda bunu mövsümün sonuncu turunda səfərdə “Regensburq”a üzərindəki 3:2 hesablı əzmkar qələbə sayəsində bacarıb. Haydenhaymlıların qələbə qolu isə 90+9-da Tim Klayndinstindən gəlib.
 
Beləliklə, mövsümü 67 xalla başa vuran bu komanda həm çempionluğu, həm də Almaniya Bundesliqasına vəsiqəni bayram edib. Bundesliqaya vəsiqəni daha öncə təmin etmiş “Darmştadt” isə liderliyi bu komandaya təhvil verməli olub. Buna darmştadtlıların son turda səfərdə “Qroyter”ə 0:4 hesablı məğlubiyyəti səbəb olub. Hər iki komanda mövsümü 67 xalla başa vurmasına baxmayaraq, daha yaxşı göstəricilərə malik “Haydenhaym” çempion elan edilib.
 
66 xalla üçüncü olan “Hamburq”u isə pley-off oyunları gözləyir. Sözügedən komanda əsas Bundesliqanı 16-cı yerdə bitirən “Ştutqart”ı sınağa çəkəcək. Bu komandaların ilk pley-off görüşü iyunun 1-də “Ştutqart”ın, cavab matçı isə ayın 5-də “Hamburq”un meydanında keçiriləcək.



Almaniya B.L.

“Qarabağ”ın rəqibi evdə xal itirdi
  • Almaniya B.L.
  • 00:33 04.12.2023
“Qarabağ”ın rəqibi evdə xal itirdi
Meydan sahiblərinin günü
  • Almaniya B.L.
  • 09:24 03.12.2023
Meydan sahiblərinin günü
“Köln”ə bir qol bəs etdi
  • Almaniya B.L.
  • 09:38 02.12.2023
“Köln”ə bir qol bəs etdi
"Bavariya"da ciddi itki
  • Almaniya B.L.
  • 23:48 01.12.2023
"Bavariya"da ciddi itki
Almaniyalı hakim ciddi zədə aldı
  • Almaniya B.L.
  • 20:02 29.11.2023
Almaniyalı hakim ciddi zədə aldı