- Almaniya B.L.
- 23:59 23.11.2024
Almaniyanın "Şalke" klubu yeni titul sponsorluğu üçün danışıqlar apardığı "Deutschland GmbH" şirkəti ilə əməkdaşlıqdan imtina edib.
Corner.az "Sky Sport Germany"yə istinadən xəbər verir ki, buna səbəb sözügedən şirkətin Rusiya ilə bağlılığı səbəb olub.
İddiaya görə, "Hydrogen Deutschland GmbH" Gelzenkirhen təmsilçisi üçün növbəti üç il ərzində ümumilikdə 21 milyon avro ayırmağa razılıq vermişdi. Lakin şirkətin strukturunda bəzi qeyri-adekvat elementlərin olması "Şalke" rəhbərliyinin işbirliyinə son verməsinə səbəb olub.
Klub vəziyyətlə bağlı açıqlama verməsə də, yerli mətbuatın iddiasına görə, 2021-ci ildə yaradılan şirkətin idarəçiliyində iki Rusiya vətəndaşının olması ilə əlaqələndirir.
Qeyd edək ki, "Şalke" 2022-ci ilin fevralında Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı vaxtından əvvəl dayandırıb.