5 dekabr 2025. Cümə

“Bavariya” Almaniya kuboku ilə vidalaşdı

Futbol üzrə Almaniya kubokunun 1/16 final mərhələsində “Saarbrüken” öz meydanında “Bavariya”nı 2:1 hesabı ilə qalib gəlib.


“Bavariya” Almaniya kuboku ilə vidalaşdı

Futbol üzrə Almaniya kubokunun 1/16 final mərhələsində “Saarbrüken” öz meydanında “Bavariya”nı 2:1 hesabı ilə qalib gəlib.

90deqiqe.az xəbər verir ki, meydan sahiblərinin qollarıa Patrik Sonteymer (45+1) və Marsel Qaus (90+6) imza atıblar. Qonaqların yeganə qoluna isə Tomas Müller (16) vurub.

Qeyd edək ki, “Saarbrüken” Almaniya çempionatının üçüncü divizionunda çıxış edir. Klub hazırda 20 komanda arasında 15-ci yerdədir. “Saarbrüken” mövsümün əvvəlindən çempionatda 11 turda cəmi 3 qələbə qazanıb.

Bu məğlubiyyətlə, həmçinin “Bavariya”nın 13 matçlıq məğlubiyyətsizlik seriyası (11 qələbə, 2 heç-heçə) qırılıb. Münxen təmsilçisi sonuncu dəfə avqust ayında Almaniya Superkuboku matçında “Leypsiq”ə məğlub olmuşdu - 0:3.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə