22 iyun 2026. Bazar ertəsi

Keyn Bundesliqada 60 illik rekordu qırdı

"Bavariya"nın futbolçusu Harri Keyn 60 ildən sonra Almaniya Bundesliqasının rekordunu qırıb.


 Keyn Bundesliqada 60 illik rekordu qırdı

"Bavariya"nın hücumçusu Harri Keyn 60 ildən sonra Almaniya Bundesliqasının rekordunu qırıb.

90deqiqe.az xəbər verir ki, 30 yaşlı futbolçu  buna Dortmund "Borussiya"sı üzərində 4:0 hesablı qələbə qazandıqları X turun matçında het-trik etməklə nail olub.

İngilis oyunçu çempionatdakı qollarının sayını 15-ə çatdırıb. Beləliklə, Keyn 1963/1964 mövsümündə "Şalke 04"ün heyətində 10 qarşılaşmada 13 dəfə fərqlənən Klaus Matişakı geridə qoyub.

Qeyd edək ki, Harri Keyn yayda İngiltərə təmsilçisi "Tottenhem"dən "Bavariya"ya keçib. O, cari mövsüm bütün turnirlərdə 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər