7 may 2026. Cümə axşamı

Harri Keyn Bundesliqada qol rekordu qırdı

Almaniya Bundesliqasının 11-ci turunda “Bavariya” “Haydenhaym”ı 4:2 hesabı ilə məğlub edib.


Harri Keyn Bundesliqada qol rekordu qırdı

Almaniya Bundesliqasının 11-ci turunda “Bavariya” “Haydenhaym”ı 4:2 hesabı ilə məğlub edib.

90deqiqe.az  xəbər verir ki,meydan sahiblərinin hücumçusu Harri Keyn qarşılaşmada iki qol vuraraq Bundesliqa rekorduna imza atıb.

İngilis futbolçu Bundesliqanın ilk 11 turunda 17 qol vuran birinci futbolçu olub. Bundan əlavə, o, ardıcıl dördüncü oyunda birdən çox qol vurub.

30 yaşlı hücumçu bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. Onun aktivində 21 qol və yeddi məhsuldar ötürmə var.

Qeyd edək ki, 11 turdan sonra Bundesliqanın turnir cədvəlinə 29 xal toplayan “Bavariya” başçılıq edir. “Bayer” 28 xalla ikinci pillədə qərarlaşıb.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”