22 iyun 2026. Bazar ertəsi

“Leypsiq”in yetirməsinin ölüm səbəbi bilindi

Almaniyanın “Yan Regensburq” klubunun futbolçusu, “Leypsiq”in yetirməsi Aqemanq Diavuzinin ölüm səbəbi məlum olub.


“Leypsiq”in yetirməsinin ölüm səbəbi bilindi

Almaniyanın “Yan Regensburq” klubunun futbolçusu, “Leypsiq”in yetirməsi Aqemanq Diavuzinin ölüm səbəbi məlum olub.

90deqiqe.az xəbər verir ki, bu barədə “Aussiedlerbote” klubdakı mənbəyə istinadən məlumat yayıb.

25 yaşlı cinah oyunçunun viral infeksiyanın səbəb olduğu güman edilən ürək problemlərindən öldüyü vurğulanıb. Xüsusilə, futbolçuda miokardit (ürək əzələsinin, miokardın zədələnməsi) inkişaf edib.

Noyabrın 4-də baş tutan son oyununda Diavuzi 39-cu dəqiqədə əvəzlənib. Əvəzolunan zaman oyunçu tənəffüs problemlərindən şikayətlənib. Bu xəstəliyin futbolçunun ölümü ilə bağlı olub-olmadığı məlum deyil.

Diavuzi  bu mövsüm daxili çempionatda “Yahn Regensburq”un heyətində 12 oyuna çıxıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər