7 may 2026. Cümə axşamı

Hari Keyn zirvədə

Bombardirlər cədvəlində dəyişiklik olub


Hari Keyn zirvədə

2023-cü ilin futbol yarışları üzrə bombardiləri siyahısında yenidən dəyişiklik baş verib.

90deqiqe.az xəbər verir ki, "Bayern"in hücumçusu Harri Keyn cari ildə 51-ci qolunu vuraraq lider olub. İngilis forvard Almaniya Bundesliqasının 15-ci turunun “Ştutqart”la oyununda (3:0) dubl etməklə zirvəni ələ keçirib.

Onu 50 qolla “Mançester Siti”nin futbolçusu Erlinq Haaland və “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo izləyir. PSJ-nin üzvü Kilian Mbappenin aktivində isə 49 qol var.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”