22 oktyabr 2024. Çərşənbə axşamı

“Bayer”dən tarixi rekord

Almaniya Bundesliqasının XVI turunda evdə “Bohum”u 4:0 hesabı ilə məğlub edən “Bayer” rekorda imza atıb.


“Bayer”dən tarixi rekord

Almaniya Bundesliqasının XVI turunda evdə “Bohum”u 4:0 hesabı ilə məğlub edən “Bayer” rekorda imza atıb.

90deqiqe.az xəbər verir ki, Leverkuzen təmsilçisi cari mövsüm bütün turnirlərdə qarşılaşdığı 25 oyunun heç birində məğlubiyyət üzü görməyib.

Bu isə Almaniya klubları arasında yeni rekord deməkdir. İndiyə qədər heç bir Almaniya komandası mövsümün startında keçirdiyi ilk 25 görüşü məğlubiyyətsiz tamamlamamışdı – 22 qələbə, 3 heç-heçə.

Bundan başqa, “Bayer” 2023-cü ildə çempionatda keçirdiyi 35 matçın 22-də qalib gələrək, Bundesliqada bir təqvim ilində qazanılan qələbələrin sayına görə klub rekordunu yeniləyib.

Qeyd edək ki, “Bayer” Bundesliqada 16 turdan sonra 42 xalla birinci pillədə qərarlaşıb. Komanda Almaniya Kubokunda 1/4 finala, Avropa Liqasında isə 1/8 finala yüksəlib.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu