7 may 2026. Cümə axşamı

"Union Berlin"in baş məşqçisinin cəzası açıqlandı

"Union Berlin"in baş məşqçisi Nenad Bjelica dünən baş tutan görüşdə etdiyi qeyri-etik hərəkətə görə cəzalandırılıb.


"Union Berlin"in baş məşqçisinin cəzası açıqlandı

"Union Berlin"in baş məşqçisi Nenad Bjelica dünən baş tutan görüşdə etdiyi qeyri-etik hərəkətə görə cəzalandırılıb.

90deqiqe.az xəbər verir ki, xorvat çalışdırıcı 3 oyunluq diskvalifikasiya edilib və 25 min avro cərimə olunub.

Bundesliqanın 13-cü turunun “Bavariya” ilə təxirə salınmış matçının (0:1) 74-cü dəqiqəsində mütəxəssis Münhen təmsilçisinin cinah oyunçusu Leroy Saneni yumruqla vurub və bundan sonra qırmızı vərəqə alıb. O, oyundan sonra bunu belə açıqlamışdı: 

"Topu Saneyə verməyə çalışdım. Həmin an o, məni itələdi. Bundan sonra isə mən səhvə yol verdim".

52 yaşlı çalışdırıcı Berlin təmslçisinin sükanı arxasına 2023-cü ilin noyabr ayında gətirilib. Onun başçılığı altında adıçəkilən komanda 15 matça çıxıb, bunların 6-da qələbə qazanıb, 2-dəheç-heçə edib və 7-də məğlubiyyətlə üzləşib







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”