- Almaniya B.L.
- 23:49 31.10.2024
"Bayer Leverkuzen" rəhbərliyi "Liverpul"un ispan mütəxəssisin xidmətində maraqlı olmasına baxmayaraq baş məşqçisi Xabi Alonsonun klubdakı gələcəyinə nikbin yanaşır.
90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O, bildirib ki, klub hesab edir ki, almaniyalı mütəxəssis Yurgen Kloppun istefası ilə əlaqədar komandanın baş məşqçi postu orada boş qaldıqdan sonra Alonso gələn yayda “Liverpul”a getməyəcək.
"Bayer"in Alonsonun klubda qalacağına dair nikbinliyi ispaniyalının hazırda gələn mövsüm üçün heyətin planlaşdırılmasında tam iştirak etməsi ilə bağlıdır.
42 yaşlı çalışdırıcının Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, hazırda bütün tunirlər daxil olmaqla məğlubiyyət üzü görməyən Xabinin komandası Bundesliqada 48 xalla turnir cədvəlinə başçılıq edir.
Xatırladaq ki, Klopp dünən, yanvarın 26-da cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı.
Əlavə edək ki, Alonso 2004-09-cu illərdə “Liverpul”da forma geyinib.