22 oktyabr 2024. Çərşənbə axşamı

Sane gələcək karyerasından danışdı

"Bavariya"nın və Almaniya yığmasının hücumçusu Leroy Sane gələcəyi ilə bağlı açıqlama verib.


Sane gələcək karyerasından danışdı

"Bavariya"nın və Almaniya yığmasının hücumçusu Leroy Sane gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, 28 yaşlı forvard karyerasını Münhendə davam etdirmək istədiyini bildirib.

"Bu barədə artıq Kristof Freundla ("Bavariya"nın idman direktoru) danışmışam, hər şey qaydasındadır. Yenidən görüşməyə razılaşdıq. Sonda nə olacağını görəcəyik.Ailəniz olanda onlar üçün də qərarlar verirsiniz. Hazırda bizim üçün hər şey çox, çox yaxşı gedir. Münhendə özümüzü rahat hiss edirik."

Sane 2020-ci ilin yayından "Bavariya"da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm 28 yaşlı vinger bütün turnirlərdə 28 oyunda iştirak edib, 9 qol vurub, 11 məhsuldar ötürmə edib, həmçinin 5 sarı vərəqə alıb. Transfermarkt portalı almaniyalıya 80 milyon avro qiymət qoyub.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu