5 may 2026. Çərşənbə axşamı

Saraqosa "Bavariya"ya qayıdır

"Qranada"nın cinah oyunçusu Brayan Saraqosa müqavilə ilə məxsus olduğu "Bavariya"ya qayıtmaq istəyir


Saraqosa "Bavariya"ya qayıdır

"Qranada"nın cinah oyunçusu Brayan Saraqosa müqavilə ilə məxsus olduğu "Bavariya"ya qayıtmaq istəyir

90deqiqe.az xəbər verir ki, ispan oyunçu mümkün qədər tez zamanda Münhen klubuna keçmək istədiyini açıqlayıb. 

Kinqsli Komanın zədəsi "Bavariya"nı Saraqosanın gəlişini sürətləndirməyi düşünməyə vadar edib. Futbolçu Münhen komandasının siqnalını müsbət qarşılayıb və dərhal komandaya qoşulmaq arzusunu bildirib. Hazırda klublar icarəyə xitam verildiyi üçün kompensasiyanın məbləği ilə bağlı öz aralarında danışıqlar aparır.

Xatırladaq ki, futbolçunun transferi dekabrda rəsmiləşsə də, tərəflər Saraqosanın mövsümün sonuna kimi cari klubunda icarə əsasında qalacağına qərar vermişdilər.Alman klubu “Qranada”ya 15 milyon avro ödəyib.Saraqosanın “Bavariy” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.







Almaniya B.L.

"Keyn oyun qurucuya çevrilib"
  • Almaniya B.L.
  • 23:20 27.04.2026
"Keyn oyun qurucuya çevrilib"