22 iyun 2026. Bazar ertəsi

"Tuxel "Bavariya" üçün uyğun məşqçidir"

Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze sabiq komandası "Bavariya"nın baş məşqçisi Tomas Tuxelin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.


"Tuxel "Bavariya" üçün uyğun məşqçidir"

Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze sabiq komandası "Bavariya"nın baş məşqçisi Tomas Tuxelin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, 45 yaşlı veteran futbolçu alman çalışdırıcının Münhen klubu üçün uyğun məşqçi olduğunu bildirib.

“Hələ şəxsən onunla danışmamışam, amma qısa görüşlərdə mənə humanist və diqqətli göründü. Amma ona qarşı tənqidlər mənə görə çox sərtdir. Düşünürəm ki, o, "Bavariya" üçün düzgün məşqçidir.Eyni zamanda səbr tələb edir.İlk həll yolu həmişə məşqçi dəyişmək olmaya bilər.”

50 yaşlı çalışdırıcı 2023-cü ilin martından Bundesliqa çempionun "sükanı arxasına" keçib. Onun komanda ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Hazırda Almaniya Bundesliqasında keçirilən 20 matçdan sonra "Bavariya" 50 xalla ikinci pillədə qərarlaşıb. 







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər