22 oktyabr 2024. Çərşənbə axşamı

Kimmixin məğlubiyyət şərhi


Kimmixin məğlubiyyət şərhi

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix Bundesliqanın 21-ci turunun "Bayer"ə (0:3) məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçu görüşü belə şərh edib.

“Məşqçi bizi yaxşı hazırlamışdı. Hər birimizin zaman-zaman fərqli sistemlə oynamaq imkanı olmalıdır.Oyunumuzda sevinc, yaradıcılıq, yüngüllük və sərbəstlik əlamətləri azdır. Şans yaratmaq bizim üçün çox çətindir, digər tərəfdən isə biz həddən artıq çox şeyə razıyıq”

Bu qələbədən sonra "Bayer" Almaniya Bundesliqasının turnir cədvəlində liderliyini möhkəmləndirib. Xabi Alonsonun komandasının hazırda 55 xalı var. İkinci yerdə 50 xalla “Bavariya” qərarlaşıb.

Kimmix 2015-ci ildən "Bavariya"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə Münhenlilərin heyətində 24 oyun keçirib, bir qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 75 milyon avrodur.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu